İrəvanda yeni etiraz aksiyası başlayıb

 19:11 16.11.2020     271

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Redaktor.az-ın məlumatına görə, şəhərin mərkəzindəki Opera teatrının yaxınlığına yüzlərlə şəxs toplanıb.

Hələlik mitinq zamanı hər hansı bir insident qeydə alınmayıb.

Xatırladaq ki, N.Paşinyanın istefa tələbi ilə mitinqlər noyabrın 10-dan etibarən davam edir. Bu müddət ərzində onlarla saxlanan olub.