Türkiyədə son sutkada COVID-19-dan ölənlərin SAYI

 05:03 16.11.2020     179

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 94 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 151.516 şübhəli koronavirus testindən keçib, onlardan 3316-nın cavabı pozitiv çıxıb, 2712 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3610 nəfər olub.

Türkiyədə indiyədək 417.594 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11.601 nəfər ölüb.

Vumart və Güvən reklamı Vumart Güvən