Kanadada 100 mindən çox insan işıqsız qalıb

 22:20 16.11.2020     212

Kanadada güclü külək səbəbindən 100 mindən çox insan elektrik enerjisiz qalıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə CTV telekanalı xəbər verib.

Bildirilib ki, hadisə Kanadanın Ontario vilayətinin cənub hissəsində baş verib.

Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti bəzi yerlərdə 100 km/saatı (28 m/s) keçib. Nəticədə bölgədə yüzlərlə ağac aşıb, elektrik xətləri zədələnib, bir çox evlərin damları uçub.

Xəsarət alanlar barədə məlumat verilməyib. //Open.az

Vumart və Güvən reklamı Vumart Güvən