Artsrun Ovanisyana sui-qəsd olunub

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovanisyana sui-qəsd olunub.
Redaktor.az-ın məlumatına görə, erməni KİV-ləri xəbər verir ki, o bu barədə öz “Facebook” səhifəsində deyib.
Axşam 2 nəfərin hücumuna məruz qalan A.Ovanisyan onların əlindən xilas ola bilib.
Təhdid olunduğunu deyən A.Ovanisyan polisə müraciət etdiyini söyləyib.