Moskvada maşın baryeri aşaraq çaya düşüb

 19:52 17.11.2020     39

Rusiya paytaxtında avtomobil baryeri qıraraq Moskva çayına düşüb.

Redaktor.az bildirir ki, “LifeShot” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Videoda avtomobilin çaya düşdükdən sonra bir neçə dəqiqə suyun üzərində qaldığı, sonra isə batmağa başladığı görünür.

Xilasedicilər dərhal əməliyyata başlasalar da, sürücünü xilas etmək mümkün olmayıb. Onun cəsədi çıxarılıb. 30-35 yaşlarında olduğu ehtimal edilən gəncin üzərində sənədləri olmayıb.

İlkin ehtimallara görə, o, maşında tək olub.

Hadisənin səbəbləri araşdırılır. //Oxu.az