Türkiyədə karantin rejimi sərtləşdirildi

 23:05 17.11.2020     41

Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

O qeyd edib ki, əgər yoluxma halları belə davam edərsə, hamı üçün ağır nəticələrə gətirib çıxaracaq.

"Bununla əlaqədar olaraq həftə sonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcəklər", - deyə Ərdoğan çıxışında bildirib.