Bu il Moskvada verilən uşaq adları: Kosmos, Stalina...

 15:17 18.11.2020     139

Bu il Moskvada doğulan uşaqlara Kosmos və Lüsifer kimi adlar verilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Moskva şəhər meriyasının portalında deyilir.

Qeyd olunur ki, 2020-ci ildə Moskvada qızlar arasında ən populyar ad Sofiya, oğlanlar arasında Aleksandr olub.

Bununla yanaşı, bir çox qəribə adlar da uşaqlara verilib. Belə ki, yeni doğulan qızlar arasında Olimpina, Rossiya, Stalina, Avqusta kimi adlar qeydə alınıb.

Oğlanlara isə bu il Kosmos, Olimpiy, İyuliyan adları verilib.

Eyni zamanda Martin-Pavel, Deyzi-Anastasiya, Dilan-Saşa, Nikita-Piter kimi rus-əcnəbi ikili adlar qeydiyyata alınıb. //Trend