Erməni ordusunun öz xalqı üzərində “qələbə şansı”

 20:21 18.11.2020     120

İrəvanda Azadlıq meydanında müxalifətin “Paşinyana istefa” şüarları ilə müşayiət olunan etiraz aksiyaları ilə yanaşı hökumət binası qarşısında bir qrup şəxs erməni baş nazirə dəstək nümayiş etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Maraqlısı budur ki, sözügedən şəxslər arasında hərbçilərin üstünlük təşkil etdiyi bildirilir. Bu isə dərhal Nikol Paşinyanın bir neçə gün əvvəl “divar dibində ulayan”larla mübarizə aparmaq üçün hərbçiləri İrəvana dəvət etməsini yada salır. Görünür erməni baş nazir cəbhədə məğlub olan “qəhrəman hərbçilərə” bu sindromun öhdəsindən gəlmək üçün erməni xalqı üzərində “qələbə şansı” vermək istəyir.

Hökumət binası qarşısında Paşinyan hakimiyyətinə dəstəyə qalxan erməni hərbçilər hər şeydə günahı keçmiş hökumətin üzərinə atır. “Bizim baş nazirimizi satqın adlandıranlar əslində bizə qarşı çıxır” deyirlər.

Nikol Paşinyan hökumətinin Ermənistanı əlində saxlamaq üçün müxalifətə qarşı hərbçilərdən istifadəsi bu ölkənin qarşıdakı günlərdə daha dərin böhran içində olacağını və qarşıdurmaların güclənəcəyini söyləməyə imkan verir. \\Oxu.az