“İlk 5 gündə 1500 fərrarimiz var idi” - Erməni general

 16:29 19.11.2020     484

“Müharibənin 5-ci günündə artıq 1 500 əsgər fərrarilik edib qaçmışdı”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib.

“Biz onları təcrid edib Ermənistana getməklərinin qarşısını kəsdik ki, ora gedib panika yaymasınlar”, - general-polkovnik əlavə edib.

Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib. //Report

Vumart və Güvən reklamı Vumart Güvən