ABŞ 10 il sonra bu ölkəyə səfir təyin edib

 20:45 19.11.2020     191

ABŞ 10 il sonra Venesuelaya səfir təyin edib.

Redaktor.az xəbər verir ki, çərşənbə günü ABŞ senatında səsvermə nəticəsində bu posta Ceyms Stori təyin olunub.

Stori yeni vəzifəsini Kolumbiyanın paytaxtı Boqotadan həyata keçirəcək.

ABŞ-ın  yeni seçilən prezidenti Co Baydeninin dövründə Ceyms Storinin səfirliyi ilə ABŞ-Venesuela diplomatik münasibətlərinin yaxşılaşacağı gözlənilir.

Xatırladaq ki, ABŞ-Venesuela münasibətləri Venesuela prezidenti Uqo Çavesin dövründə pozulmağa başlayıb. Amerika və Venesuela 2010-cu ildən qarşılıqlı olaraq səfir təyin etmirdilər. //Qafqazinfo