Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

 22:55 19.11.2020     179

Türkiyədə son sutka ərzində koronavirusdan 123 nəfər dünyasını dəyişib, 4542 nəfər isə virusa yoluxub.

Redaktor.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  11.943-ə, yoluxanların sayı isə 430.170-ə çatıb. Ağır xəstələrin sayı 3.850 nəfər təşkil edir.

Ümumilikdə 16 milyondan çox  insan test olunub.