"Bayraktar" erməniləri belə qorxuya saldı... - MÜHARİBƏNİN İLK 4 GÜNÜ

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəhbəri Movses Akopyanın açıqlaması ölkə böyük müzakirələrə səbəb olub.
Redaktor.az xəbər verir ki, M.Akopyan Ermənistan HMS-lərinin Azərbaycan Ordusunda istifadə olunan Türkiyə istehsalı olan PUA-larla yalnız müharibənin ilk 4 günü mübarizə apara bildiyini, bundan sonra isə faktiki olaraq gücsüz olduğunu etiraf edib.
Bununla da M.Akopyan məğlubiyyətə uğrayacaqlarını müharibənin ilk günlərindən anladıqlarını etiraf edib.
Qeyd edək ki, Ermənistanın digər vəzifəli şəxsləri də müharibəni uduzacaqlarını əvvəlcədən bildiklərini dilə gətiriblər.
Orxan İmsayıl / Redaktor.az