Ermənistanda daha 30 nəfər koronavirusdan öldü

 11:11 20.11.2020     720

Ermənistanda daha 1667 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az məlumat verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 123 min 646-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1900-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 488-ə yüksəlib. İndiyədək 90 min 754 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 30 min 504 aktiv koronavirus xəstəsi var.

Vumart və Güvən reklamı Vumart Güvən