Rusiyada bir gündə 461 nəfər koronavirusdan ölüb

 12:35 20.11.2020     1016

Rusiyada koronavirusa yoluxanların sayı 2,03 milyon nəfəri keçib.

Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 24 318 nəfər virusa yoluxub, 461 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 039 926 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 35 311 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 551 414 nəfər virusdan sağalıb, 453 201 nəfərin müalicəsi isə davam edir. // Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən