Direktor müavinini öldürən şagirdə 22 il həbs cəzası

Türkiyənin Kocaeli şəhərində direktor müavinini öldürən 11-ci sinif şagirdinin məhkəmə prosesi baş tutub.
Redaktor.az xəbər verir ki, 17 yaşlı F. Ç. məhkəmənin qərarı ilə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. Məktəbli direktor müavininə bir neçə bıçaq zərbəsi endirib. Nəticədə, o, hadisə yerindəcə həyatını itirib.