Oğul atasının koronavirusdan ölümünə dözmədi

 15:02 20.11.2020     455

Türkiyənin Kocaeli şəhərində atasının koronavirusdan öldüyünü eşidən şəxs həyatını itirib.

Redaktor.az bildirir ki, 73 yaşlı Rahmi Akar koronavirusdan dünyasını dəyişib. Bundan xəbər tutan oğlu Mahir Akarın da səhhətində ciddi problem yaranıb. Həkimlərin müdaxiləsinə baxmyaraq, 57 yaşlı Mahir Akar dünyasını dəyişib.

Mahir Akarın anasının da koronavirusa yoluxduğu bildirilib.