Sarkisyanın arvadı öldü

 18:33 20.11.2020     187

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın arvadı Rita Sarkisyan ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” saytı yayımlayıb. Məlumatda qeyd edilib ki, 58 yaşlı Rita koronavirusdan ölüb.

O, İrəvanda “Nairi” tibb Mərkəzinin reanimasiya şöbəsində müalicə olunurmuş. R.Sarkisyan daha sonra Almaniyaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Serj və Rita Sarkisyan 1983-cü ildə evləniblər. Bu evlilikdən onların iki qızı dünyaya gəlib. Ermənistanın keçmiş prezidenti və həyat yoldaşının 5 nəvəsi var. //Baku.ws