Aksiyalar zamanı 85 nəfər saxlanıldı - Ermənistan

 20:32 20.11.2020     306

Yerevanda və Gümrüdə keçirilən hökumət əleyhinə etiraz aksiyaları zamanı 85 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ermənistan polisindən bildirilib.

Qeyd edək ki, aksiyaçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirdilər. 10 noyabrdan etibarən Ermənistanda Paşinyanın əleyhinə kütləvi aksiyalar keçirilir. //Qafqazinfo