Türkiyənin xüsusi təyinatlıları terrorçuları məhv edib

 07:24 21.11.2020     136

Türkiyənin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi ölkənin cənub-şərqində terrorçuları məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, Şirnakın cənub-şərq əyalətində PKK-nın iki silahlı terrorçusu zərərsizləşdirilib.

Məlumata əsasən, “İldırım” antiterror əməliyyatının növbəti mərhələsi jandarmeriya xüsusi təyinatlı dəstəsi qüvvələrinin iştirakı, aviasiyanın dəstəyi ilə Judi dağı ərazisində davam edir.

Türkiyənin xüsusi xidmət orqanları əməliyyata aktiv dəstək verir.

PKK terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün 1985-ci ildə qanlı terror aktlarını davam etdirirlər. //Report