Milyonçu qəzada öldü - FOTO

 09:51 21.11.2020     401

Argentinanın Koronel-Moldes vilayətində helikopter qəzası olub. 

Redaktor.az xəbər verir ki, qəza nəticəsində ölkənin nəhəng maliyyə qurumlarından olan “Banco Marco” bankının prezidenti, iş adamı Xorxe Brito ölüb. 

Xorxe Brito  360 milyon dollar sərvəti ilə Argentinanın varlı şəxslərinin ilk 50-liyinə daxil idi. 

Hadisə yerinə xilasedicilər cəlb edilib. Məlumatlara görə, AS-50 helikopteri kiçik çaya düşüb.

Qəzanın səbəbləri məlum deyil.