Dünyada koronavirusla bağlı SON STATİSTİKA

 10:15 21.11.2020     512

Dünyada 57 mln. 909 min 991 nəfərdə koronavirus aşkar edilib.

Redaktor.az xəbər verir ki, virusdan 1 mln. 377 min 745 xəstə ölüb, 40 mln. 108 min 259 nəfər sağalıb.

Asiyada 15 mln. 580 min 59, Avropada 15 mln. 232 min 81, Şimali Amerikada 14 mln. 373 min 370, Cənubi Amerikada 10 mln. 623 min 865, Afrikada isə 2 mln. 56 min 400 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (12 mln. 274 min 726 nəfər), Hindistan (9 mln. 50 min 613 nəfər), Braziliya (6 mln. 20 min 164 nəfər), Fransa (2 mln. 109 min 170 nəfər) və Rusiyadır (2 mln. 39 min 926 nəfər).

İranda 828 min 377, Türkiyədə 435 min 273, Ermənistanda 123 min 646, Gürcüstanda isə 96 min 860 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 87 min 163 nəfərin 1079-u ölüb, 60 min 869-u isə sağalıb.