Nur-Sultanda partlayış - ölən və yaralananlar var

 15:46 21.11.2020     103

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedəki partlayış nəticəsində bir nəfər ölüb, 33 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin şəhərdəki idarəsinin Mətbuat xidməti yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Paytaxtın icra hakimiyyətinin başçısı Altay Kulqinov bildirib ki, ölənin ailəsinə yardım göstəriləcək.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb. \\Report