Gürcüstanda parlament seçkilərinin ikinci raundu başa çatıb

 20:33 21.11.2020     53

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu başa çatıb. 

Redaktor.az xəbər verir ki, saat 20:00-da seçki dairələrinin qapıları bağlanılıb və sayım prosesinə başlanılıb. 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-da seçki aktivliyi 20.74% faiz təşkil edib. Parlament seçkilərinin ikinci raundu 17 birmandatlı (majoritar) dairə üzrə keçirilib. Bunlardan 8-i Tbilisidə, 9-u isə regionlarda yerləşir. 

Qeyd edək ki, Gürcüstanın 8 müxalif partiyası seçkiləri boykot edib və ilk raunda qazandığı mandatlarından imtina edib. \\APA