Türkiyədə rekord yoluxma

 21:27 21.11.2020     265

Türkiyədə ötən 24 saat ərzində 5.532 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son sutkada 135 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək Türkiyədə ümumilikdə 440.805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370.825 nəfər müalicə olunaraq sağalıb, 12.219 nəfər vəfat edib.

Hazırda 4.121 pasiyentin vəziyyəti ağırdır.

Vumart və Güvən reklamı Vumart Güvən