ABŞ-da ticarət mərkəzində atışma - Yaralılar var

ABŞ-ın Viskonsin ştatının Uauvatosa şəhərində yerləşən ticarət mərkəzində atışma olub.
Redaktor.az xəbər verir ki, hadisə günorta saatlarında baş verib.
Rəsmi məlumata görə, 8 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Atəş açan şəxsin kimliyi hələlik müəyyənləşdirilməsə də, onun 20-30 yaşında olduğu bildirilir. Onun barəsində axtarış elan olunub. //Qafqazinfo