Qadın həndbolçuların oyununda kütləvi dava - VİDEO

 12:10 22.11.2020     218

Qadın həndbolçular arasında Ukrayna Super Liqasının "Dnepryanka" - "Real" oyunu kütləvi dava üzündən bir neçə dəqiqəlik dayandırılıb.

Redaktor.az-ın məlumatına görə, hesab 27:24 "Dnepryanka"nın xeyrinə olduğu vaxt komandalardan birinin qapısı qarşısında sərt toqquşma olub. Bundan sonra həndbolçular arasında yumruq davası başlayıb. Münaqişəyə matçın digər iştirakçıları - məşqçilər və onların köməkçiləri də qoşulub.

Görüş "Dnepryanka"nın qələbəsi ilə yekunlaşıb - 30:28.

Qeyd edək ki, 2020/2021 mövsümündə "Dnepryanka" 8 görüşdən 4 qələbə, 4 məğlubiyyətlə turnir cədvəlində 2-ci pillədə yer alıb. "Real" isə 6 oyundan 3 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və bir pillə aşağıda qərarlaşıb. //Report