Yaponiyada zəlzələ baş verdi

 19:50 22.11.2020     359

Yaponiyanın Honşu adasından şərqdə 5,8 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan edilməyib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteoroloji Xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri qonşu Tokio prefekturasının İbaraki sahili yaxınlığında yerləşirdi. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Güclü yeraltı təkanlar Tokio, Tiba, Fukusima, Saytama, Ivate, Miyaqi prefekturalarının sakinləri tərəfindən hiss edilib.  //Trend