Suriyada yeni XİN rəhbəri təyin edildi

 22:50 22.11.2020     243

Suriya Prezidenti Bəşər Əsəd keçmiş Xarici İşlər nazirinin müavini Feysal Mikdadın XİN rəhbəri təyin olunması haqda sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Suriya sabiq XİN rəhbəri Valid Muallem noyabrın 16-da 79 yaşında dünyasını dəyişib.

1954-cü il təvəllüdlü Feysal Mikdad 2006-cı ildən Xarici İşlər nazirinin müavini işləyir. O, diplomatik karyerasına 1994-cü ildən başlayıb. //Qafqazinfo.az