SON DƏQİQƏ: Rusiya dəhşətli raket atdı - Hədəf vuruldu... / VİDEO

 11:17 27.11.2020     7388

Rusiya Hərbi Dəniz Donanması ötən gün Barents dənizinin çıxıntısı olan Ağ dənizdəki "Admiral Qorşkov" adlı gəmidən "Tsirkon" adlı hipersəsli raket atıb.

Redaktor.az-ın xəbərinə görə bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

22 min 350 layihəsi çərçivəsində atılan raket 450 km məsafədəki şərti dəniz hədəfini vurub. Raketin atılmasının əsas səbəbi kimi yeni raketin sınaqdan keçirilməsi göstərilib.

Orxan İsmayıl / Redaktor.az

Qarabağda ermənilərlə birgə yaşamağımız mümkündür? - EKSPERT RƏYİ

 10:56 27.11.2020     25162

Azərbaycan torpaqları müzəffər ordumuz tərəfindən işğaldan azad edildikdən sonra sakinlərin köçürülməsi məsələsi gündəmə gəlib. Lakin Qarabağın bir sıra ərazilərində ermənilər də məskunlaşmağa davam edirlər. Bəs, bu ərazilərdə yaşayan azərbaycanlılar və ermənilər arasında münasibətlər necə tənzimlənəcək?

Siyasi şərhçi Rusif Məmmədsoy Redaktor.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə dünyanın hər bir yerində bu cür münaqişələr olub, olur və bundan sonra da olacaq:

"İndiki məqamda bu barədə danışmaq hələ tezdir. Çünki biz hələ buna hazır deyilik. Yenidən onlarla birgə yaşamaq çətindir. Elə Rusiya sülhməramlıların Qarabağa gəlişinin bir səbəbi də məhz budur. Ermənilər də bizə eyni gözlə baxır. Əlbəttə, bu suallar onları da düşündürür. Bunun üçün zaman lazımdır. Düşünürəm ki, ilkin mərhələdə uzun müddət birgə yaşayışa hazırlıq gedəcək. Lakin, ermənilərin bizimlə birgə yaşaması sual altındadır".

Şəfəq Samed \ Redaktor.az