Bu qitədə virusa yoluxanların sayı 2 milyonu keçib

 14:12 30.11.2020     1534

Afrika qitəsində son 24 saat ərzində 13 min 927 artaraq 2 milyon 134 min 283 olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Worldometer" sayıtının hazırladığı statistikada qeyd olunub.

Saytın məlumatına görə, virusun səbəbindən ölənlərin sayı 297 artaraq, 51 min 33 nəfərə çatıb.

Qitədə ən çox ölüm 21 min 289 nəfərlə Cənubi Afrikada qeydə alınıb.

Mahir Xəttab \ Redaktor.az