Fransanda təhlükəli vəziyyət: Avropa Birliyi dağıla bilər

 10:27 01.12.2020     2074

Günlərdir ki, Fransanın paytaxtı Paris iğtişaşlar ocağına çevrilib. Hökümətin qəbul etdiyi qərarlara etiraz edən küçələrə axışıb. 

Siyasi şərhçi Turab Rzayev Redaktor.az-a açıqlamasında bildirib ki, Fransa inqilablar ölkəsi kimi tanınır. Ötən əsrin 60-ci illərdən bəri gənclik hərəkatları Fransanın siyasi həyatında mühüm rol oynayıb:

"Fransa dünyaya ilk burjua inqilablarını ixrac edən ölkədir. Xüsusilə bir sıra siyasətlərini yerinə yetirmək üçün bu kimi hərəkatlardan istifadə ediblər.

Bu hərəkatlar getdikcə daha çox kordinasiyalı, çətin idarə olunan vəziyyətə düşəcək. Onların hamısı jurnalistlərin, siyasi aktivistlərin geyindiyi sarı jiletlərdən geyinirlər və eyni vaxtda çəkdikləri videoları paylaşırlar. Qara dərili rejissorun döyülməsi və bunun kameralara çəkilməsindən sonra bütün ictimaiyyət ayağa qalxdı. Fransa höküməti isə baş verən hadisəyə görə polisləri cəzalandırmaq əvəzinə, onların kamera ilə çəkilməsinə qadağa qoydu. Belə fikir yarandı ki, polislər hər şey edə bilərlər, lakin insanlar onları çəkə, müdaxilə edə bilməzlər. Bu hadisələrə keçici hadisələr kimi baxmaq düzgün deyil. Çünki bu kimi hərəkatlar həmişə hakimiyyətin getməsində, yeni qanunların qəbul olunmasında əhəmiyyətli rola malik olub.

Baş verən bu iğtişaşlar Fransanın daxilində problemə səbəb olduğu kimi, ümumi Avropaya da təsir göstərə bilər. Bu zaman da Avropa İttifaqı üçün təhlükə yaranacaq".

Şəfəq Samed \ Redaktor.az