Ermənistanda növbəti etiraz aksiyası keçirilib

 21:37 30.11.2020     361

Ermənistanın paytaxtı İrəvanda hökumət binası yaxınlığında etiraz aksiyası keçirilib.

Redaktor.az-ın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, aksiya zamanı saxlanılan olmayıb.

Ümumilikdə Nazirlər Kabineti binası yaxınlığında keçirilən aksiya təxminən iki saat davam edib. Etiraz aksiyasında iştirak edənlərin sayı 50 nəfərədək olub. Aksiya dinc şəkildə keçib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşanmayıb. //APA