İranlı komandirin avtomobili PUA ilə vuruldu - Vəziyyət gərginləşir...

 00:03 01.12.2020     1623

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Müslüm Şahdanın içində olduğu avtomobil Suriya-İraq sərhədində pilotsuz uçuş aparatı ilə vurularaq partladıldığı iddia edilir.

Redaktor.az-ın məlumatına görə, M.Şahdanın ötən gün axşam saatlarında Suriyadan İraqa keçərkən Əl-Kaim bölgəsində sui-qəsdə məruz qaldığı deyilir.

İraq mediası hərbi mənbələrə istinadən M.Şahdan və üç mühafizəçisinin həlak olduğunu bildirib.

Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat yoxdur.