Morqda sağ tapılan azyaşlı öldü

 09:10 03.12.2020     144

Meksikanın Puebla şəhərində yerləşən morqdakı dondurucu kamerada sağ tapılan azyaşlı ölüb. 

Redaktor.az xəbər verir ki, azyaşlı cəmi 5 həftə həyatda qalmaq uğrunda mübarizə apara bilib. 

Qeyd edək ki, Lazarito Albino adlı qadın oktyabrın 21-də hamilələiyinin 23-cü həftəsində uşaq dünyaya gətirib. Həkimlər uşağın ölü doğulduğunu bildirərək, onu morqa yerləşdiriblər. 

Altı saatdan sonra dəfn agentliyinin əməkdaşları uşağı dondurucu kamerada sağ aşkarlayıblar. O, dərhal xəstəxanaya yerləşdirilib. 

Azyaşlının valideynləri xəstəxananı məsuliyyətsizlikdə ittiham edir. //Oxu.az