Moskvada güclü yanğın - Ölənlər var

 09:17 03.12.2020     154

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən xəstəxanalardan birində yanğın baş verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "TASS" agentliyinə təcili xidmətlərdəki mənbə xəbər verib.

Məlumata əsasən, yanğın xəstəxananın üçüncü mərtəbəsində başlayıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 23 nəfər isə xilas edilib.

Yanğının səbəbi barədə məlumat verilmir. //Trend.az