Ermənistanın Xarici İşlər naziri Moskvaya gedir

 23:26 03.12.2020     326

Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvaya səfər edəcək.

Redaktor.az bildirir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Səfər çərçivəsində erməni nazir rusiyalı həmkarı Sergey Lavrovla beynəlxalq gündəmdəki məsələləri və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.