“Vətənpərvər” oğruların karantinvari soyğunu - VİDEO

 00:57 04.12.2020     329

Rusiyada qeyri-adi üsulla lombard qarət olunub. Belə ki, kimyəvi qorunma kostyumlarında olan şəxslər Rusiyanın himnini oxuya-oxuya basqın həyata keçiriblər.

Redaktor.az-ın məlumatına görə, “Mash” “Telegram” kanalı bununla bağlı kadrlar yayımlayıb.

Kadrlarda görünür ki, koronavirusla mübarizə aparanların geyimində olan iki nəfər müəssisəyə daxil olur, piştaxtanın arxasından qadını çıxarır, onun üzünə baloncuqdan nəsə püskürdür və yerə yıxırlar. //Oxu.az