Afrikada seçkilərdə Adolf Hitler qalib gəlib - FOTO

 09:05 04.12.2020     1119

Namibiyada Adolf Hitler adlı siyasətçi Oşana regional seçkilərində 85 faiz səs toplamaqla qalib gəlib.

Redaktor.az xəbər verir ki, soyadı Unona olan politoloq adının Adolf Hitlerin şərəfinə qoyulduğunu etiraf edib. Lakin atası övladına bu adı qoyarkən əslində “məşhur avstriyalı rəssam”ın xatirəsini əbədiləşdirmək istəyib. Ən maraqlısı isə yeniyetməlik dövrünə qədər siyasətçinin özü də adını normal hesab edib.

Namibiyalı siyasətçi nasist ideoloqiyası ilə əlaqəli olmadığını və dünya hegemonluğuna çalışmadığını vurğulayıb.

Qeyd edək ki, Namibiya vaxtilə Almaniyanın müstəmləkəsi olub. Ölkədə indinin özünə qədər alman adları və toponimləri geniş yayılıb. //Oxu.az