Moskvada son gündə koronavirusdan 77 nəfər ölüb

 09:09 04.12.2020     2306

Moskvada son sutka ərzində koronavirusdan 77 nəfər dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 9203 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 73 olub.