Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb

 12:16 04.12.2020     160

Rusiyada son sutka ərzində daha 27 min 403 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Redaktor.az-ın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların 2 mln. 402 min 949 nəfərə çatıb.

Son sutka ərzində 569 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 42 min 176 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir. //APA