Çin ABŞ-la müharibəyə hazırlaşır - NƏ BAŞ VERİR?

 12:55 04.12.2020     385

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Con Ratslif Çinin İkinci Dünya Müharibəsindən bu yana demokratiya və azadlıq üçün ən böyük təhdid olduğunu söyləyib.

Redaktor.az xəbər verir ki, Ratslif Çinin ABŞ ilə müharibəyə hazırlaşdığını və dünyaya hərbi, texnoloji və iqtisadi cəhətdən hakim olmaq istədiyini qeyd edib:

"Çin Rusiyanın dünyadakı yerini almaq istəyir. ABŞ-dan hər il 500 milyard dollarlıq əqli mülkiyyət oğurlayır. Çin bioloji olaraq inkişaf etdirilmiş bacarıqlara sahib "super əsgərlər" hazırlamaq üçün testlər aparır".

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezident Co Bayden də Çinə qarşı bəzi sanksiyaların tətbiq ediləcəyini bildirib.

Orxan İsmayıl / Redaktor.az