Milyarderdən koronavirusla bağlı xəbərdarlıq - 5 ay sonra...

 21:08 04.12.2020     1580

"Microsoft"-un həmtəsisçisi Bill Qeyts peyvənd və koronavirus epidemiyasına qarşı inkişaf etdirilən yeni müalicə üsulları sayəsində ABŞ-ın 2021-ci ilin yazında normallaşacağını söyləyib.

Redaktor.az-ın məlumatına görə, o, NBC telekanalına verdiyi müsahibədə epidemiyadan qorunmaq üçün səy artırılmasa, yaxın 4-5 ayın çox çətin keçəcəyini bildirib.

O, insanların epidemiyada davranışlarına diqqət yetirməli olduqlarını, maska ​​və məsafə mövzusuna həssas yanaşmağı bir daha vurğulayıb.

Qeyd edək ki, "Pfizer" və "Moderna" peyvəndlərinin təcili istifadəsi üçün dekabr ayında ABŞ-da görüş baş tutacaq.

Xədicə Ağayeva / Redaktor.az