Koronavirusla bağlı hər şey məlum oldu - Dərmanı TAPILIB, amma GİZLƏDİLİR...

 11:50 01.01.2021     864

Koronavirusla bağlı yayılan yeni iddia bütün dünyada ciddi müzakirə obyekti olub.

Redaktor.az xəbər verir ki, Çin hökumətinin qlobal nüfuzuna xələl gətirməməsi üçün elmi araşdırmaları təhrif etdiyi və ya maneə törətdiyi iddia olunub. 

Amerikalı jurnalistlər Çinin virusun mənşəyi ilə bağlı elmi araşdırmaları siyasiləşdirdiyinə inanan alimlərdən müsahibə alıblar.

AP (Associated Press) xəbər agentliyinin yayımladığı hesabata görə, Çinin Yunnan bölgəsinə gedən bir qrup araşdırmaçı yarasalardan nümunələr götürüb. Ancaq onlara bu haqda mətbuata açıqlama vermək qadağan olunub.

Qeyd olunur ki, Çinin cənubunda virusun mənşəyini araşdıran alimlərə yüz minlərlə dollar vəsait verilib. Bunun müqabilində isə hər şeyi sirr kimi saxlamaq tapşırılıb.

AP-nin əldə etdiyi gizli sənədə görə, nəticələrin manipulyasiya edilməsi ilə bağlı əmri Çin Xalq Respublikasının sədri Si Cinpin verib.

İddialara görə, Çin rəsmiləri məlumatları ciddi şəkildə məhdudlaşdırır və beynəlxalq müstəvidə alimlərlə iş birliyinin qarşısını alır.

Orxan İsmayıl / Redaktor.az