Rusiyada daha 445 nəfər ölüb - COVID-19

Rusiyada son gün ərzində koronavirusa 24 min 217 yoluxma faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı məlumat Rusiya Səhiyyə Nazirliyinin rəsmi saytında yer alıb.
Bildirilib ki, ölkədə daha 445 nəfər COVID-19-dan dünyasını dəyişib.
Ümumilikdə rusiyada koronavirusa yoluxanların sayı 3 milyon 308 min 601, virusdan ölənlərin sayı isə 59 min 951 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az