BMT: Yoxsulluq son 22 ildə ilk dəfə artıb

“2020-ci ildə dünyada yoxsulluğun səviyyəsi son 22 ildə ilk dəfə artıb”.
Redaktor.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Qutyerreş açıqlayıb.
“Gözlənildiyi kimi, həssas məqamda, həmçinin münaqişələr şəraitində iqtisadi aktivliyin düşməsi əlavə olaraq 18 milyondan 27 milyonadək insanı yoxsulluğa məruz qoyacaq”, - o bildirib.
A. Qutyerreş dünyada gender bərabərsizliyinin kəskinləşdiyini də vurğulayıb. //Open.az