Britaniyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

 20:47 06.01.2021     69

Böyük Britaniyada son sutka ərzində 62.322 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir. 

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb. 

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2,836,801 nəfərə çatıb.

Son sutka ərzində 1041 nəfər isə koronavirusdan həyatını itirib. Bu, 21 apreldən  etibarən qeydə alınan ən yüksək göstəricidir. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 77,346 nəfərə çatıb. //APA