Braziliyada helikopter qəzaya uğrayıb - Ölənlər var

 23:54 06.01.2021     143

Braziliyada helikopter qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə yerli G1 telekanalı məlumat yayıb.

Qəza nəticəsində iki nəfər ağır xəsarət alıb. Onlar helikopterin sahibi, eyni zamanda pilotu və sərnişinidir. Xilasedicilər onları qəzaya uğramış helikopterdən çıxarsalar da, yaralıların həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. //Report