Koronavirusdan ölənlərin sayı 2900-ü ötüb - Ermənistan

 11:05 07.01.2021     651

Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 161054 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 2901-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 695-ə yüksəlib. İndiyədək 147388 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 10070 aktiv koronavirus xəstəsi var. //Report.az