İtaliyada daha 548 nəfər ölüb - COVID-19

İtaliyada son bir gündə koronavirusa 20 min 331 yoluxma faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb.
Virus müayinələri müsbət çıxmış 548 nəfər dünyasını dəyişib.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 201 mn 945, ölənlərin sayı isə 76 min 877 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az