Reuven Rivlin Vaşinqtonda baş verənlərə münasibət bildirib

 19:09 07.01.2021     151

İsrail Prezidenti Reuven Rivlin Co Baydeni ABŞ Prezidenti seçilməyi münasibəti ilə təbrik edib və ötən gün Vaşinqtonda baş verən toqquşmalara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, “RİA Novosti” agentliyi bu barədə İsrail Prezidentinin ofisinə istinadən məlumat yayıb.

“Əminəm ki, yeni seçilmiş prezident Co Bayden bizim ən yaxın dostumuz və dünyanın ən böyük demokratiyası olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizi möhkəmləndirməyə davam edəcək”, - İsrail Prezidentinin təbrikində qeyd olunur.

İsrail Prezidenti Capitoliya binasında baş verənlərə görə dərin narahat olduqlarını bildirib.